Əmək haqqı: min:400 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. )
Yaş: 23-40 yaş
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: AZELKO MMC
Əlaqədar şəxs: Əliyev Fariz
Ünvan Abşeron ray. Şamaxı şossesi 14km
Kateqoriya: Sənaye, istehsal
E-mail: [email protected]
İş barədə məlumat:
- AZ – ELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz 36kV – a qədər dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
- İş vaxtı həftə içi 5 gün, 08:30-dan 18:00-dək
- Nahar fasiləsi 12:30-dan 13:30-dək
- Həftənin bazar günü istirahət günüdür
- Nahar şirkət tərəfindən verilir
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “çilingər” qeyd etmələri xahiş olunur.
Namizədə tələblər:
- Texniki biliyi olmalı
- Elektrik panoların yığılması ve sxemlerini oxuya bilen
- elektrik mühərriklərinin, transformator, eleqaz və vakuum açarlarının ,kommutasiya və tənzimləyici aparatların, digər elektrik aparatları və elektrik cihazlarının iş prinsipini bilməli
- elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilməli
- elektrik avadanlıqlarının montaj üsullarını bilməli
- nəzarət-ölçü cihazlarının təyinatı və onlardan istifadə qaydalarını bilməli
- Kabel və məftillərin uclarının kəsilməsi və preslənməsi bilməli
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
- Bu sahədə 2 ildən artıq təcrübə
- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
- Operativ çalışan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq