"GL" ASC (Sizin Lombard)
? Çağrı Mərkəzi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!
? İş yeri: Gəncə şəhəri
Əsas vəzifə öhdəlikləri:
· Gələn zənglərə cavab verilməsi, satış dəstəyi, sifarişlərin emalı və inzibati yardımın göstərilməsi;
· Məhsul və xidmətlərə dair məlumatların verilməsi məqsədilə müştərilərə çıxan zənglərin təşkili;
· Filiallardan və digər daxili mənbələrdən daxil olan sorğuların cavablandırılması;
· Müştərilərin suallarına dolğun və düzgün cavabların verilməsi;
· Zənglərin aidiyyəti şöbələrə yönləndirilməsinin təmin olunması;
· Müştəri şikayətlərinin dəqiq qeydiyyatı və müvafiq bölmələrə çatdırılmasına nəzarət;
· Hesabatlılıq proseslərinin çevikliyini artırmaq məqsədilə təkmilləşdirmə təşəbbüsləri irəli sürmək.
Namizəddən tələblər:
· Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
· Heç bir inzibati və ya cinayət məsuliyyətinin olmaması;
· Ali, orta və ya orta-ixtisas təhsili;
· Gərgin və dinamik iş rejimində işləmək bacarığı;
· Analitik düşünmə qabiliyyəti və yüksək diqqətlilik;
· Müştəri xidmətləri sahəsində baza biliklərinə sahib olmaq;
· İşində məsuliyyətli, dəqiq və operativ olmaq.
İş şəraiti və əlavə məlumat:
· İş yeri: Gəncə şəhəri
· Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq;
· Peşəkar inkişaf və təlim imkanları təmin edilir.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən “Çağrı Mərkəzi (Gəncə)” başlığı ilə CV-lərini
? [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, təqdim olunan bütün CV-lər məxfi məlumat bazasında saxlanılır.
Maraqlanan şəxslər [email protected] ünvanına “Çağrı Mərkəzi ” yazaraq cv-lərini göndərə bilərlər.
Əlaqə:
? Ünvan: Gəncə Mirzə Abbas 64
? Telefon: (+994 50) 284 10 00
? Vebsayt: www.sizinlombard.az
? Email: [email protected]
