Təhlükəsizlik Əməkdaşı
CONCO Engineering and Construction LLC [Baku, Şuşa, Azerbaijan] National Security
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Anbar və ərazi təhlükəsizliyini təmin edəcək, məsuliyyətli və fiziki cəhətdən sağlam təhlükəsizlik əməkdaşı axtarırıq.
İşin məzmunu
Namizəd aşağıdakı vəzifələri icra edəcək:
• Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək
• Ərazisini nəzarətdə saxlamaq
• Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək
• Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq
• Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək
• Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək
• Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək
İş şərtləri
• Əmək haqqı: 700 AZN
• İş rejimi: 2 gündüz, 2 gecə , 2 ev (növbəli iş qrafiki)
• Rəsmi əmək müqaviləsi və qanunvericiliyə uyğun sənədləşmə
• Xüsusi forma şirkət tərəfindən təqdim olunur
• İş yeri: Anbar ərazisi (Koroğlu m yaxınlığı Dərnəgül yolu və Binə yaxınlığı)
Müraciət qaydası:
Uyğun namizədlərdən mövzu hissəsində “BakıTəhlükəsizlikƏməkdaşı” qeyd etməklə CV-lərini e-mail ünvanına [email protected] göndərmələri xahiş olunur.

Bizə Qarabağ Şuşa şəhəri üçün də işçi lazımdır.
Maaş 900azn qalmaq və qidalanma təmin edilir. Uyğun namizədlərdən mövzu hissəsində “ŞuşaTəhlükəsizlikƏməkdaşı” qeyd etməklə [email protected] CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.

Tələblər

Namizədə tələblər
• Yaş: 23–38
• Fiziki cəhətdən sağlam və gümrah
• Həqiqi hərbi xidmət keçmiş
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Ən azı orta təhsil (peşə, kollec təhsili üstünlükdür)
• Səlist nitq və ünsiyyət bacarığı
• Təhlükəsizlik sahəsində etik davranış və yüksək intizamlı yanaşma
• Müvafiq təhlükəsizlik texnikası və protokolları üzrə məlumatlılıq

Ümumi məlumat
Əlavə edilib: 21-05-2025
Əmək haqqı: 700 - 900 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək