İstehsalat Rəhbəri
ELMANADO Baku Administrative
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil edilməsi

- İstehsalat sahəsində məhsulun keyfiyyətli və müəyyən olunmuş gündəlik normaya uyğun miqdarda istehsal olunmasına nəzarət

- İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması

- İşçilərin iş ləvazimatlarından səmərəli, məqsədəuyğun istifadə olunmasını həyata keçirmək

- İşçilərə iş prosesi zamanı rəhbərlik edilməsi və lazımi məlumatların rəhbərliyə ötürülməsi

- İstehsal fəaliyyəti üzrə hesabatların vaxtında tərtib və təqdim olunması

- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını

- İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edib, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının təşkil edilməsi

- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi

- İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi- Nahar şirkət tərəfindən verilir

- İş qrafiki həftəlik 6 gün: 08:00-dən 18:00-dək

- Maaş 1000-1500 AZN (maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )

- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı.

 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV lərinizi [email protected] ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.

Требования

- Təhsil - Ali (Mexanika, avtomatika və energetika mühəndisliyi)

- İş təcrübəsi: 3-7 il ( Tekstil sahəsində işləyənlərə üstünlük veriləcək )

- İstehsalatın təşkilini və texnologiyasını bilməli

- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməli- Xammal məsrəf normalarını bilməli

- Məhsulun qiymətlərinin yaranması texnologiyasını bilməli

Обзор
Размещено: 25-06-2022
Диапазон зарплат: 1000 - 1500 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий