Baş mühasib
Besting Baku Administrative
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

- Maliyyə, hesabat və kredit əməliyyatlarının, Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət qurumlarına ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara sudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaların vaxtında icra olunmasını təşkil və nəzarət edir;
- İlkin mühasibat və maliyyə sənədlərinin hazırlanmasına, hesablaşmaların və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət edir;
- Əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının həyata keçirilməsinə, mühasibat uçotu və hesabatın təşkilinin yoxlanması və Cəmiyyətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərinə nəzarət edir;
- Mühasibat və maliyyə sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
- Cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı təhlillər aparır və xidmət səviyyəsinin artırılması üzrə Cəmiyyətin rəhbərliyinə təkliflər verir.

İş vaxtı:

-Həftənin I-V günləri (beş günlük iş həftəsi)

-İş saatı-08:00-17:00

-Əmək haqqı 1 000 AZN

Maraqlanan şəxslər CV formalarını mövzu yerinə “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Требования

• Yaş-30-48
• Dil bacarığı- Azərbaycan dili (sərbəst) , rus dili (sərbəst), ingilis dili (arzuolunan)
• Təcrübə-3 ildən yuxarı
• Təhsil-Ali (minimum bakalavr)
• MS Windows, MS Office (Excel, Word, Outlook, 1C və s.)
• Elektron Maliyyə proqramları bilik və işlətmə bacarığı
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

Обзор
Размещено: 26-03-2021
Диапазон зарплат: 1000 - 1000 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий