Əsas vəzifələr:
• Satış meneceri şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.
• Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
• Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
• Müştərilər haqqında məlumat toplayır və onlarla əlaqə qurub əməkdaşlıq edir.
• Satış bazarında reklama ehtiyacını təhlil edir, dəyərləndirir və satışını həyata keçirir.
• Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.
• Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
• Müştəriyə daha çox məhsul almağa sövq edir.
• Bazar, müştərilər, rəqiblər, onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəqiq və düzgün şəkildə Satış Direktoruna təqdim edir.
• Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına nail olur.
• Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.
• Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
- Ali təhsil
- “B to B” satışında (ideal olaraq reklam sahəsində) ən azı 1 il iş təcrübəsi
- “Soyuq satış” metodu ilə satışın həayata keçirilməsində təcrübə
- Müştəri bazası olan namizədlərə üstünlük verilir
- Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti
- İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir
- Yüksək səviyyəli ünsiyyət bacarıqları
- Təqdimetmə bacarıqları
- Dünya görüşü və biliyə həvəs
- Komandada işləmək bacarığı
- Çeviklik və tez öyrənmə bacarığı
- Stressə dözümlülük və gərgn qrafiklə işləmək bacarığı
- Kompüter bilikləri (MS Office)