Procurement Officer
Azorel LMP Baku Procurement
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

Satınalmalar üzrə mütəxəssis vəzifəsinə tələblər:

• Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;

• Normativ baza ilə əlaqədar olan satınalmaların inkişaf etdirilməsinə yardım;

• İllik satınalma planının hazırlanması;

• Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;

• Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;

• Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;

• Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;

• Hesabat, təqdimat, memorandum və s. hazırlanması;

• Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;

• Daxili və xarici sistemin yaradılması;

• Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;

• Qiymətləndirmənin həyata keçirilməsi üçün təchizatçı performansına dair məlumatları toplanması və tərtib edilməsi

Requirements

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Ali təhsil;

• Satınalma Mütəxəssisi kimi və ya oxşar rolda 3 və daha çox illik təcrübə (neft və qaz sektoru sahəsi üzrə üstünlük verilir)

• Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;

• Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;

• Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;

• Mükəmməl ünsiyyət və danışıq bacarıqları.

• Güclü analitik düşüncə və problem həll etmə bacarıqları.

• Microsoft Office və iş tətbiqi proqramı, satın alma və resurs planlaşdırma sistemləri ilə işləmək bacarığı.

• Sənaye və bazar şərtləri barədə güclü məlumata malik olmalı;

• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.

• Azərbaycan , rus və ingilis dillərinin biliyi

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Satınalmalar üzrə mütəxəssis” qeyd olunmalıdır;

Overview
Posted: 30-03-2021
Salary Range: negotiable
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search