Əsas vəzifə öhdəlikləri:
· Maliyyə hesabatlarının hazırlanması;
· Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
· Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
· Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
· Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
· Malların marjinallığının hesablanması və təhlil edilməsi;
· Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.
İş şərtlərimiz:
· Həftədə 5 iş günü;
· İş saatları: 09:00-18:00;
· İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• İşçilərə qayğı proqramı;
• Peşəkar komanda mühiti;
• Nahar;
• Şirkət hesabına korporativ nömrə;
• Təlim və inkişaf imkanları;
• Həyat yaşam sığortası (könüllü).
Tələb olunan bilik və bacarıqlar :
· Yüksək qavrama və öyrənmə qabiliyyəti;
· Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
· Problem həll etmə bacarığı;
· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
· Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
· İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
· Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
· Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.