Hüquqşünas (korporativ sahə üzrə)
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi, müqavilələrin analiz edilməsi, risklərin qiymətləndirilməsi;

- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;

- Struktur bölmələrin təşkil etdiyi müqavilələrin hazırlanması ilə bağlı zəruri görüş və danışıqlarda iştirak edilməsi;

- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;

- Əmək qanunvericiliyi ilə bağlı müraciətlərə ilkin məsləhətlərin verilməsi;

- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Requirements

- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;

- Korporativ sahə üzrə iş təcrübəsi olmalıdır.

Overview
Posted: 07-11-2020
Salary Range: negotiable
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search