Biznesin İnkişafı və Satış Meneceri
Azorel LMP Baku Sales
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

- Yeni biznes imkanlarını, o cümlədən yeni bazarları, inkişaf sahələrini, trendləri, müştəriləri, tərəfdaşlıqları, məhsul və xidmətləri və ya mövcud bazarlara daxil olmağın yeni yollarını araşdırmaq və müəyyənləşdirmək

- Şirkətdə müvafiq əlaqədar şəxsi axtarıb tapmaq

- Potensial müştərilərin siyahısını hazırlamaq və onlara yeni təkliflərlə zəng etmək

- Sifarişçi/müştərilərlə üzbəüz və ya telefon vasitəsilə görüşmək

- Sifarişçi/müştərilərlə mövcud əlaqələri gücləndirmək və inkişaf etdirmək

- Müştərilərinizin ehtiyaclarını anlamaq və həmin ehtiyacları qarşılamaq üçün effektiv plan hazırlaya bilməkStrateji düşünmək – biznesi inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə böyük rəsmi görmək və hədəf və məqsədləri müəyyən etməkStrateji işləmək – operativ dəyişiklikləri həyata keçirmək məqsədilə zəruri planlaşdırmanı aparmaq

- Müştərilərlə bağlanacaq müqavilələri tərtib etmək

- Biznes müəssisələrinin məhsul və ya xidmətlərini tam anlamaq, onlar haqqında digərlərinə məsləhətlər verə bilmək

- Reklam strategiyası və fəaliyyətləri barədə marketinq şöbəsi ilə müzakirələr aparmaq

- Maliyyə, anbar və logistika şöbəsinin işçiləri ilə müvafiq olaraq əməkdaşlıq etmək

- Biznesin idarə edilmə üsulunu təkmilləşdirməyin yollarını axtarmaq

- Mümkün olduqda seminar, konfrans və tədbirlərdə iştirak etmək

- Biznes dünyasındakı trend və dəyişikliklərdən xəbərdar olmaq

- Tender sənədlərini və təklifləri hazırlamaq

Requirements

- Biznes, marketinq və ya əlaqədar sahələr üzrə bakalavr dərəcəsi.

 - Satış, marketinq və ya əlaqədar sahələrdə ən azı 3 il iş təcrübəsi.

- Güclü kommunikasiya bacarıqları və İT üzrə dərin bilik.

- Çətin layihələri idarə etmək və bir neçə tapşırığı eyni anda yerinə yetirmək bacarığı.

- Mükəmməl təşkilatçılıq bacarıqları.

- Minimum təlimatla inkişaf etmək, təşəbbüsçü olmaq və qeyri-müəyyənliyi aradan qaldırmaq bacarığı.

- Word, Excel, Outlook, və PowerPoint proqramlarında peşəkarlıqla işləmək bacarığı.

- Müxtəlif tapşırıqlar üçün kompüterdən rahat istifadə bacarığı.

- Azərbaycan , rus və ingilis dilləri biliyi

Overview
Posted: 30-03-2021
Salary Range: negotiable
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search