Biznes Kreditlərin Təhlili Şöbəsinin Baş Mütəxəssisi
Rabitəbank ASC Baku Banking/Finance
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

- Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin Minimum Sənədlər Paketinə uyğunluğunu yoxlamaq;

- Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlamaq;

- Kreditin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirmək;

- Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlamaq (MKR girova düşmüş girovun kredit sifarişində qeyd olunan girovla üzləşdirmək, gecikdirilmiş kredit borclarını dəqiqləşdirmək);

- “Biznes Kreditlərin Təhlili Şöbəsi”nin kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;

- Girovun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlamaq;

- Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəfləri vaxtında və keyfiyyətlə icra etmək;

- Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələri icra etmək;

- Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrini təhlil edib və həmin layihələrdə səhvlər və ya göndərilən sənədlərdə uyğunsuzluq aşkarlandığı halda şöbə müdirinə yazılı məlumat vermək.

Requirements

- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);

- Bank və yaxud oxşar sahələrdə azı 2 illik iş təcrübəsi;

- Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;

- Yüksək təhliletmə, komandada işləmək bacarığı;

- Yüksək kommunikasıya və təqdim etmə bacarığı;

- Operativ və düzgün qərar vermək bacarığı;

- Təşəbbüskarlıq, stressədavamlılıq, diqqətlilik, məsuliyyət və düzgünlük.

Overview
Posted: 30-03-2020
Salary Range: 800 - 1000 azn
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search