Kateqoriya meneceri (qeyri-qida)
Veysəloğlu MMC Baku Marketing
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

İşin Təsviri: Öz fəaliyyətində məhsul təkliflərinin və kateqoriyaların maliyyə göstəricilərinin idarə olunmasını, çeşid matrisinə uyğun olaraq malların inkişafı etdirilməsini, kateqoriya üzrə satış strategiyasının hazırlanması və həyata keçirilməsini, kateqoriyaya görə marketinq kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsini rəhbər tutur.

Vəzifə öhdəlikləri:
Məhsul təkliflərinin və kateqoriyaların maliyyə göstəricilərinin idarə olunması
- kateqoriyalar və markaların maliyyə göstəricilərinin yerinə yetirilməsi (PL və digər gündəlik / həftəlik / aylıq / rüblük hesabatlar);
- Tabeçiliyindəki işçilərin hesabatlarına nəzarət;
- uzunmüddətli planları formalaşdırmaq üçün xarici bazar araşdırmaları və daxili təhlillər aparmaq;
- kateqoriyalar və markaların inkişaf strategiyasının həyata keçirilməsi;
- Marka, mal növü, qiymət mövqeyi ilə kateqoriya çeşid tərkibinin inkişafı;
- tədarükçülər və podratçılarla kommersiya iş şərtlərinin danışıqları;
- bütün kateqoriya məhsulları, markaları üçün qiymətlərin formalaşdırılması;
- hədəf göstəricilər daxilində xüsusi etiketli malların (PL) inkişaf etdirilməsi;
Çeşid matrisinə uyğun olaraq malların inkişafı etdirilməsi
- tədarükçü portfelinin axtarışı və müqavilə şərtlərinin razılaşdırılması;
- yeni məhsulların axtarışı,qəbul və ya xaric edilməsinin qərarlaşdırılması;
- xüsusi etiketli malların (PL) inkişaf prosesinə nəzarət;
- xüsusi etiket məhsullarının (PL) mal nümunələrinin və qablaşdırılmasının təmin edilməsi;
Kateqoriya üzrə satış strategiyasının hazırlanması və həyata keçirilməsi
- məhsul kateqoriyalarına və markalarına görə satış strategiyasının hazırlanması və icrasına nəzarət;
- satış strukturları ilə birlikdə satış kanallarının inkişaf etdirilməsi;
- Yeni markalar və məhsul kateqoriyalarına dair təlimlərin təşkil edilməsi;
- Satış struktur əməkdaşlarının marka və kateqoriya məhsulları haqqında biliklərinə nəzarət etmək;
Kateqoriyaya görə marketinq kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi
- marketinq kommunikasiya strategiyalarının kateqoriya üzrə həyata keçirilməsi;
- Marka və mal kateqoriyasına aid bütün təqdimat və POS materialların yaradılması, saxlanması və paylanmasının koordinasiya edilməsi
- brendin tanıtım tədbirlərində və brendin tanıtımı üzrə əsas danışıqlarda iştirak etmək;

Requirements

Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
- Endirimli tibbi xidmət
- Əmək müqaviləsi
İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Qeyri-qida kateqoriyası üzrə Kateqoriya meneceri” yazaraq CV göndərməklə müraciət edilir

Overview
Posted: 24-03-2021
Salary Range: negotiable
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search