Xərclər və maya dəyər uçotu üzrə mühasib
AZZA MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

1) Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;

2) İdxal əməliyyatlarının gömrük dəyərinin müəyyən edilməsi (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın dəyərinin hesablanması və sair);

3) Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;

4) Qiymət məlumat bazasının (Cost database) hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;

5) Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;

6) Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;

7) Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;

8) Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;

9) Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;

10) Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;

11) Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını əks etdirən hesabatların hazırlanması;

12) Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Əlavə məlumatlar:

1) Nahar şirkət tərəfindən verilir;

6 günlük iş qrafiki.

Tələblər

1) Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;

2) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

3) Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standardları üzrə müvafiq biliklər;

4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);

5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word ,Excel, Powerpoint, Outlook);

6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;

7) Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;

8) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Xərclər və maya dəyər uçotu üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 07-01-2019
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı