Vergi üzrə mühasib
CS Group MMC Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

-Vergi qanunvericiliyini bilmək;

-Bütün vergi hesabatlarını ( Mənfəət, gəlir, sadələşmiş, ÖMV, Vahid hesabat, ƏDV ) mükəmməl bilmək;

-Ticarət, istehsal, mal-material alışı və satışı sahələrində uçotun aparılması, vergi öhdəliklərinin yerinə yetirilməsi, anbar uçotunun və sənədləşməsinin aparılmasına ciddi nəzarət etmək;

-Şirkət daxili muhasibat sənədləşməsinin, arxivləşmənin düzgün aparılmasına, alt sənədlərin hesabatlara düzgün işlənməsinə və yerli yerində qruplaşmasına nəzarət etmək, düzgün tapşırıqlar verərək heyəti yönləndirmək;

-İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək;

-Ünvan: Zərifə Əliyeva 55 (Yeni həyat plaza);

-Əmək haqqı: 900 - 1000 AZN.

Tələblər

-Ali təhsil;

-Cins: Qadın;

-Müvafiq sahə üzrə minimum 1 il təcrübə;

-Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır);

-İşçi heyəti ilə ünsiyyət siyasətinə sahib olmaq, işi tələb edə bilmək, işçiləri düzgün istiqamətdə yönləndirmək, kritik anlarda işçilərin suallarını cavablandıra bilmək, yardım etmək;

-Müxtəlif şirkətlərlə, onların nümayəndələri ilə biznes etikası normaları çərçivəsində ünsiyyət qura bilmək, iş daxilində də müəyyən ünsiyyət normalarını qorumaq;

-Stresli anlarda kontrolu qoruya bilmək, gərəkli məqamlarda qısa zaman ərzində qoyulmuş təcili tapşırıqları dəqiq yerinə yetirə bilmək.

Maraqlanan namizədlər, CV-lərini mövzu yerinə “Vergi üzrə mühasib” yazaraq

[email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Nəzərə alın ki, yalnız şəkil olan CV-lərə baxılacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 08-09-2022
Əmək haqqı: 900 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı