Veb proqramçı (full stack)
İnnova Group MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifələr:

- Şirkətin veb saytının yaradılması və inkişaf etdirilməsi,
- Şirkətin veb saytına texniki dəstəyin göstərilməsi,
- Şirkətin veb layihələri üzrə front-end və back-end proqramlaşdırma işlərinin görülməsi,
- Texniki şərtlərin tələblərinə uyğun olaraq sifarişçinin proqram məhsullarının hazırlanması,
- Mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi, texniki dəstəyin göstərilməsi,
- Davam edən layihələrə yeniliklərin tətbiqi,
- Modernizasiya, optimallaşdırma məqsədləri üçün mövcud tətbiqlərin (proqramların) dəyərləndirilməsi,
- Qüsurların təhlili və aradan qaldırılması,
- Yeni proqram təminatlarının hazırlanması,
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi,
- Rəhbərliyə gündəlik hesabatların verilməsi,
- Gün sonunda bütün iş barədə rəhbərliyə məlumat vermək.

Tələblər

Tələblər:

- Yaş həddi 24-35,
- Ali təhsil (informasiya texnologiyaları və kompüter elmləri üzrə),
- Full stack proqramçı kimi azı 3 il iş təcrübəsi,
- Azərbaycan dilində yüksək, rus və ingilis dillərində orta və yuxarı dərəcəli biliklər,
- REST, JSON, XML, API və SOAP xidmətləri ilə işləmək bacarığı,
- SQL və PL/SQL biliklərinə üstünlük verilir,
- Framework biliklərinə üstünlük verilir (Spring MVC, Spring Boot desirable arzuolunandır),
- Veb serverləri ilə işləmək bacarığı (Apache Tomcat),
- Linux bilikləri arzuolunandır,
- HTML, PHP, CSS, JavaScript, MySQL, Codeigniter ilə işləmə bacarığı,
- Veb proqramlaşdırma bilikləri (PHP/MySQL),
- Proqramlaşdırmanın Responsive və SEO tərəflərini bilməli,
- Dəqiq və oxunaqlı kodları yazmaq bacarığı,
- GIT sistemi ilə işləmək bacarığı,
- Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti,
- Geniş portfoliosu olmalı.

 

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə (əmək kitabçası ilə),
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək,
- Əmək haqqı barədə intervyu zamanı daha detallı məlumat veriləcək. Bu namizədin təcrübəsindən asılı olaraq dəyişə bilir.
- Müraciət yalnız Azərbaycan dilində yazılmalı, "Subject"də müraciət edilən vakansiyanın adı (misal. FULL STACK PROQRAMÇI) mütləq qeyd edilməli və [email protected] elektron ünvanına göndərilməlidir. Fotoşəkilsiz və geniş portfoliosu olmayan namizədlərin müraciətinə baxılmayacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 26-06-2020
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı