SMM Mütəxəssisi
Avrora MMC Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

SMM Mütəxəssisi şirkətin məhsul və xidmətlərini müxtəlif sosial şəbəkələrdə tanıdır, keyfiyyətli mətnlər hazırlayaraq mövcud və potensial müştərilərlə ünsiyyəti genişləndirir.

Sizin əsas vəzifə öhdəlikləriniz :

Daimi olaraq şirkətin marketinq fəaliyyətinə aid sosial şəbəkələrdə yazılan status və şərhləri izləyir və əlaqədar məhsul/brend menecerlərinə yönləndirir;Sosial şəbəkələrdə şirkərtin brendləri ilə bağlı paylaşılan rəyləin cavablandırılması üçün brend menecerlər, əlaqədar bölmə rəhbərləri ilə birlikdə müvafiq mətnlərin və kontentin hazırlanmasını həyata keçirir;

· Şirkətin brend və məhsullarına məxsus sosial media səhifələrinin effektiv idarə olunmasında və hədəf izləyici sayına çatmasında iştirak edir;

· Dərc olunan şəkillərin təbii yollarla bəyənilməsi istiqamətində işlər görür;

· Şirkətin məsul olduğu brendləri və məhsulları yüksək trafikli saytlarda və ümumən internet mühitində müvafiq bölmə rəhbərləri ilə razılaşdıraraq yayımlayır;

· Rəhbərlik tərəfindən verilən və səlahiyyətləri çərçivəsində olan digər tapşırıqların icra edir.

Tələblər

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

· Kompyuter bacarıqları: SMM sahəsində istifadə olunan instrumentlər;

· Səriştələri: Sosial şəbəkələrdən istifadə qaydaları, qrammatik cəhətdən düzgün yazı;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

· Təhsil: Ali təhsil;

· İş təcrübəsi: 1 – 2 il;

· Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili – yaxşı, İngilis dili - yaxşı.

Biz nə təklif edirik :

· Karyera və peşəkar inkişaf üçün əla imkanlar;

· Təlim və inkişaf proqramlarının geniş çeşidi;

· Mükəmməl peşəkar komanda və mehriban mühit;

· Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SMM Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Ümumi məlumat
Əlavə edilib: 28-01-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı