Satıcı-Kassir
Mountain Shop Azerbaijan Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş barədə məlumat

Mountain Shop Azerbaijan dağçılıq sahəsində ixtisaslaşmış mağazasında satıcı-kassir vəzifəsinə işçi axtarılır. Fəaliyyətimiz dağçılıq, turizm və aktiv istirahət mallarının satışı və icarəsidir.

· Əmək müqaviləsi əsasında fəaliyyət

· İş rejimi: 10:00 - 19:30 arası 6 iş günü, 1 gün istirahət (həftə içi)

· Əmək haqqı: 400azn + bonus (100azn-ə dək)

Vəzifə öhdəlikləri

· Mağazaya daxil olan müştəriləri gülərüzlə salamlamaq

· Müştərilərə məhsul barədə ətraflı və doğru məlumat vermək

· Satış zamanı malın çeşidini, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq

· Satış statistikanın aparılması

· Mağazada məhsulların düzülüşünə və səliqəliliyə nəzarət etmək

· Mağazanın təmizliyinə nəzarət etmək

· Malın üzərinə qiyməti yerləşdirmək, malları səliqəli şəkildə rəflərə düzmək, rəflərin təmizliyinə nəzarət etmək

· Mağazanın fəaliyyəti ilə bağlı təkliflər irəli sürmək

· Günün sonunda kassa hesabatını tərtib etmək

Müraciət üçün CV-nizi [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.

Tələblər

Namizəddən gözləntimiz:

· Ünsiyyətcil, təşəbbüskar, məsuliyyətli

· Təbiəti, dağları sevən, dağçılıq ləvazimatları barədə az da olsa biliyi olan

· Müştərilərlə işləmək qabiliyyəti

· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

· İngilis dili biliyi yaxşı səviyyədə olmalı (əlavə Rus dili biliyi olanlara üstünlük veriləcək)

· Satış sahəsində təcrübə arzuolunandır

· POS-terminal və kassa ilə işləmə bacarığı əlavə üstünlükdür

Ümumi məlumat
Əlavə edilib: 08-09-2022
Əmək haqqı: 400 - 500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı