Satış təmsilcisi/ Rieltor / Vasitəçi
Saray Əmlak Baku Consultant/Contractual
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkətimiz haqqında:
“Saray Holding” şirkəti DAŞINMAZ ƏMLAK sektoruna yeni adla xidmət göstərməyə başlayır. Saray Əmlak dürüstlük, professionallıq, əmək ve güvən kimi əvəzolunmaz dəyərlər üzərinə qurulmuşdur. Keyfiyyət ve dürüstlüyün bir simgəsi olan Saray Əmlak adını gürürla daşıyırıq. Əməkdaşlarımız isə, hər bir müşətərilərə maksimum xidmət göstərməyin qürurunu yaşayırlar. Saray Əmlak şirkəti beynəlxalq və yerli keyfiyyət standartlarına cavab verən məhsulların yaranmasında iştirak edir.
Şirkətimizin əməkdaşlarının şəxsi inkişafı, müəssisəmizə uyğunlaşması və rəqabətli bazar mühitində xüsusi dəyər sahib olmaları uğrunda daima çalışır, müxtəlif proqramlar həyata keçiririk.
Aramıza qatılaraq daim proqresə sahib olan şirkətimizin önəmli bir hissəsinə çevrilə bilərsiniz.
Əsas vəzifə və öhdəliklər:
• Təyin edilmiş günlük/həftəlik/aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.);
• Mövcud müştəri bazasını genişləndirmək, yeni müştəriləri şirkətə cəlb etmək ( Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq);
• Call Center vasitəsi ilə daxil olan və yaradılan yeni potensial müştəri bazası ilə aktiv görüşlər;
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək
• Müştəri məmnuniyyətinin qorunması üçün mükəmməl xidmət göstərmək;
• Məhsullarımızın yüksək səviyyədə təqdim edilməsi;
• Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar şəxslərə çatdırılması;
• Satışla bağlı təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənilməsi;
• Alternativ satış kanalları ilə bağlı təkliflər vermək;
• Dövlət və özəl sektordakı tenderlərə nəzarət.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
• Satış texnikalarına sahib olmaq;
• Yüksək səviyyəli təqdimat bacarıqları;
• Öz üzərində işləmək və daima inkişafa meyilli olmaq;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik;
• Microsoft Office proqramlarında işləmək bacarığı (Power Point, Excel, Word);
• Rus dilini bilmək arzu olunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Minimum orta təhsil.
• Korparativ satış istiqamətində 1 illik iş təcrübəsi. (müvafiq sahə uzrə iş təcrübəsi olmayanlara iş örgədilir)
Əmək haqqı və imkanlar:
- İş saatı : Həftədə 6 gün 10:00 – 19:00;
- Əmək haqqı fix maaş yoxdur. Hər satışdan 50% (ortalama aylıq 500-1500 AZN)
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu (Saray Əmlak(Əhmədli Filialı)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Satış meneceri " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) SARAY.HOLDİ[email protected] elektron ünvanına göndərə bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 07-03-2020
Əmək haqqı: 500 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı