Satış Agenti
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Vəzifə öhdəlikləriniz

*Fərdi müştərilər ilə danışıqlar aparmaq və sabit internet məhsul və xidmətlərini təklif etmək

*Təyin olunmuş satış planlarına əsasən aylıq satış hədəfləri yerinə yetirmək

*Mövcud müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək

*Müştərilər ilə müqavilə bağlamaq

*Mövcud müştəri bazasını idarə etmək və müvafiq dəstək göstərmək

Tələblər

Vəzifənin tələbləri
*Ali və ya peşə məktəbi/orta ixtisas təhsili
*Ünsiyyətcil olmaq
*Danışıqlar apara bilmək
*Müştəri yönümlülük
Müraciət etmək üçün
Müraciətinizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Ümumi məlumat
Əlavə edilib: 23-12-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı