Qəbul-qeydiyyat işləri üzrə köməkçi
Kaspi Təhsil Şirkəti Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Liseyə daxil olan telefon zəngləri və yazılı müraciətləri cavablandırmaq, müvafiq məlumatları vermək, digər şöbələrə aid olan müraciətləri təyinatı üzrə yönləndirmək və bu barədə direktora məlumat vermək;

Məktəbə gələn valideyn, müştəri və ya qonaqları qarşılamaq, onların müraciətlərinə diqqətlə yanaşmaq və müraciətlərin həll olunmasına çalışmaq, eləcə də bu işdə köməklik göstərilməsini təşkil etmək;

Valideyn və ya müştərilərin müvafiq müraciətlərinə əsasən ehtiyacları müəyyənləşdirmək, müraciət əsasında əlavə məlumatı təmin etmək və ya aidiyyatı üzrə şəxsə/şöbəyə yönləndirmək;

Məktəbə şagird qəbulu ilə bağlı daxil olan zənglərin, valideyn və ya müştəri məlumatlarının qeydiyyatını aparmaq;

Məktəbə şagird qəbulu ilə bağlı müraciət edən valideynləri qarşılamaq, onlara məktəbə qəbul, qeydiyyat və imtahan prosesi barədə məlumat vermək;

Məktəbə şagird qəbulu prosesini həyata keçirmək məqsədi ilə sənəd qəbulu, onlayn qeydiyyatın aparılması, imtahan və müsahibələrin təşkili, imtahan nəticələrinin valideynlərə bildirilməsi və zənglərin edilməsini təmin etmək;

Valideynləri məktəbin infrastrukturu, maddi-texniki bazası, tədris-təlim otaqları, laboratoriya və s. ilə tanış etmək üçün məktəb binasında müşayiət etmək;

Liseyin xidmətlərindən istifadə etmək istəyən valideyn və ya müştərilərin müraciətlərini müvafiq şəxs və ya şöbəyə yönləndirmək;

Məktəbdə təhsil alan şagirdlərin müxtəlif məlumat bazasının (məsələn, yaşayış əraziləri və s.) hazırlanması və məlumatların bazaya daxil edilməsini həyata keçirmək.

Tələblər

Orta ixtisas və ya ali təhsil;

Bu sahədə minimum 1il iş təcrübəsi;

Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;

Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı;

İngilis dil biliyi arzuolunandır;

MS Office (MS Word, Excel) kompyuter proqramlarından və məktəbin avadanlıqlarından istifadə bacarığı;

Şagirdlər, müəllimlər, valideynlər, eləcə də məktəb heyətinin digər üzvləri ilə peşəkar səviyyədə ünsiyyət bacarığı;

Yüksək təqdimat və problemləri həll etmə bacarığı;

Komandada işləmə bacarığı;

İşində məsuliyyətli, dəqiq, çevik və təşəbbüskar olmaq;

Ümumi məlumat
Əlavə edilib: 20-04-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı