Psixoloq
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;

· Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;

· Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;

· Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;

· Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;

· Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;

· Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;

· Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

Tələblər

· Müvafiq sahə üzrə minimum bakalavriat dərəcəsi;

· Azərbaycan və rus dillərində yüksək ünsiyyət bacarığı;

· Sahə üzrə minimum 2 illik təcrübə;

· Peşəsinə yüksək motivasiya ilə yanaşma;

· Fərdi və komandada işləmək bacarığı;

· Yüksək çalışmaq və öyrətmək həvəsi;

Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı

Ümumi məlumat
Əlavə edilib: 14-07-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı