Növbətçi
AGA Group of Companies Bakı Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Növbətçi vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

 

Sizdən nə istəyirik :

Buraxılış-nəzarət sistemini həyata keçirilmək;
Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;
Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
Növbə sırasında gələn qonaqları qarşılamaq və yola salmaq;
Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək.

Tələblər

Əgər Siz :

Ali təhsilli;
Azərbaycan dilində səlis danışıq qabiliyyətli;
Hərbi xidmət keçmiş;
Fiziki sağlam (aktiv şəkildə idmanla məşğul olan)

Keyfiyyətlərinə sahibsinizsə...

Biz sizin müraciətinizi gözləyirik !

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Növbətçi” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Ümumi məlumat
Əlavə edilib: 16-07-2019
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: vakansiya@agagroup.az
CV göndərmək

Vakansiya axtarışı