Muhasib
Miracle Gallery Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Namizədə tələblər- Xanım Namizədlər
- Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- Sahə üzrə ən 1-3 il iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
- Kompüter bilikləri: Microsoft office əla səviyyədə
- 1C Mühasibat Proqramını bilmək (1C 8.3 versiyası ilə işləmə)
- Vergi Məcəlləsi üzrə biliklər
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti

 

Tələblər

Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
- Mal-materialların uçotunun aparılması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- İş qrafiki : 9.00-dan 18.00-dək 6 iş günləri

- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
- Debitor və kreditor borcların uçotunun aparılması
- Gəlir və xərclərin hesablanması
- Banklarla və digər orqanlarla hesablaşmalar
- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
- İdxal olunmuş malların maya dəyərinin hesablanması
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
- Vergi hesabatlarının hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
- Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması
- Statistika hesabatlarının hazırlanması
- Əmək qanunvericiliyinə əsasən sənədləşmə
Mütəmadi olaraq mal satan mal alan şirkətlərə qarşılıqlı hesablaşmaların yoxlanılması və Aktın tərtib edilməsi
- Rəhbərin tapşırıqlarını vaxtında yerinə yetirilməsi

Ümumi məlumat
Əlavə edilib: 24-09-2020
Əmək haqqı: 800 - 800 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: miraclegallery@mail.ru
CV göndərmək

Vakansiya axtarışı