Marketoloq
RSIR Group Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkətin xidmət sahəsi haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq, mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq,
- Sosial medya üçün həftəlik nəşrlər planının hazırlanması
- Müştəri və müvafiq sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi
- Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi
- Kampaniyalarla bağlı təkliflərin verilməsi
- Rəqiblərin kampaniyalarının izlənilməsi və hesabatın verilməsi
- Mövcud olan müştərilərimizlə əlaqə yaratmaq, əlaqəni möhkəmləndirmək və işin prinsipini artırmaq və.s
- Korporariv satış planının hazırlanması, icrasına nəzarətin edilməsi
- Mövcud satış kanallarında satış metodlarının təkmilləşdirilməsi, yeni müştəri bazasının yaradılması istiqamətində layihələrin hazırlanması
- Mövcud reklam bazarının analizi, uyğun partnyorların müəyyənləşdirilməsi
- Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.

Tələblər

İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan əla səviyyədə, rus və ingilis dili yaxşı səviyyədə.
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.

Ümumi məlumat
Əlavə edilib: 28-10-2021
Əmək haqqı: 800 - 1000 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı