Marketinq Araşdırmaları üzrə Mütəxəssis
Avrora MMC Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Təyin edilmiş sahələrdə rəqabət/ sənayə/ market trendləri üzrə araşdırmalar aparır, müştərilər, rəqiblər və bazar haqqında məlumatlar toplayır;

· Araşdırmanın məqsədini təyin edir, əldə edilən nəticələrin analizini aparır və qərarların verilməsində nəticələrə əsasən təkliflər verir;

· Keyfiyyət və kəmiyyət araşdırmaları aparır və yeni inkişaf sahələrini aşkar edir;

· Məlumat (data) toplanması üçün metodları inkişaf etdirir və onları qiymətləndirir;

· Statistik proqramlardan istifadə edərək məlumatları analiz edir və onlar haqqında tam anlayışa yiyələnir;

· Marketinq və satış trendlərinin monitorinqini həyata keçirir və gələcək dövrlər üçün proqnozlar verir;

· Qrafiklər, dashboardlar və digər vizual görüntü alətləri vasitəsi ilə mürəkkəb datanı oxunaqlı formata gətirir;

· Qiymətlərin, marketinq və distribusiya metodlarının araşdırmasını aparır və marketinq planlarının hazırlanmasında iştirak edir;

· Bazar haqqında məlumatın keyfiyyəti və araşdırmanın faydalılığını təmin etmək üçün anket sorğularının tərtib edilməsində və datanın təşkil edilməsində texniki köməklik göstərir.

Tələblər

· Kompyuter bacarıqları: Yaxşı səviyyədə Excel və PowerPoint bacarıqları, PowerBI bacarıqlarının olması üstünlükdür;

· Səriştələri: Analitik düşünmə qabiliyyəti;

· Təhsil: Ali təhsil;

· İş təcrübəsi: 3 – 5 il, FMCG sahəsində iş təcrübəsinin və biliklərinin olması üstünlükdür;

· Əlavə dil bilikləri: Rus dili – yaxşı, İngilis dili - yaxşı

Ümumi məlumat
Əlavə edilib: 28-01-2021
Əmək haqqı: 1000 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı