Mühasib köməkçisi (yarım ştat)
MG Consulting Bakı Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Daxili mühasibat uçotunun aparılması;

· Gündəlik maliyyə-mühasibat sənədlərinin, habelə gündəlik və aylıq hesabatların hazırlanması;

· Bütün növ (inzibati/kommersiya və s.) xərclərinin uçotunun aparılması;

· Fiziki şəxslər üçün rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;

· Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;

· Ödəmə prossesinin icrası məqsədi ilə bankla əlaqə yaratmaq;

· Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Tələblər

· İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;

· Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;

· MS (xüsusi ilə Excel), 1C və digər uçot proqramlarına dair mükəmməl bilik və təcrübə;

· Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);

· Əla ünsiyyət qurma və işçi heyəti ilə işləmək bacarığı;

· Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

 

Əvvəlki təcrübə haqqında ətraflı məlumat və şəkil əlavə edilmiş CV, mövzu sətrində vakansiyanın adını qeyd edərək, 27 oktyabr 2020-ci il tarixinədək [email protected] email-nə göndərilməlidir.

Ümumi məlumat
Əlavə edilib: 23-10-2020
Əmək haqqı: 600 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı