Mühasib
İnnova Group MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifələr:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili,
- Vergi və mühasibat uçotunun aparılması,
- Elektron vergi hesab fakturalarının və elektron qaimələrin tərtib olunması,
- Əmək haqqı sənədlərinin, ödənişlərin və digər əməliyyatların 1C 8.3 proqramına daxil edilməsi,
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi,
- Təhvil-təslim aktlarının hazırlanması,
- Əmək müqavilələrinin bağlanılması və portalda qeydiyyatı,
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək,
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi,
- ƏDV depozit ödənişləri,
- Statistik hesabatların göndərilməsi,
- BTP-dən istifadə,
- Aylıq, rüblük və illik vergi, DSMF, statistika və məşğulluq hesabatlarının, bəyannamələrin hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi,
- Kassa əməliyyatları və s,
- Kadr işlərinin görülməsi, qeydiyyatı, müavinətlərin hesablanması,
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması,
- Hamiləliyə və doğuma görə müavinətin hesablanması,
- Uşağın anadan olmasına görə birdəfəlik müavinətin hesablanması,
- Uşağa qulluğa görə müavinətin hesablanması,
- Məzuniyyətin hesablanması,
- Əmək haqqının hesablanması,
- Ezamiyyətin hesablanması,
- İşçilərin işə qəbulu,
- İşçilərin qeydiyyatı, dəyişiklik və xitam,
- Müqavilələrin hazırlanması,
- Əmək haqqı və SNN kartlarının sifarişi,
- Əmək kitabçalarının doldurulması,
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi,
- Rəhbərliyə gündəlik hesabatların verilməsi,
- Gün sonunda bütün iş barədə rəhbərliyə məlumat vermək.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə (əmək kitabçası ilə),
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək,
- Əmək haqqı barədə intervyu zamanı daha detallı məlumat veriləcək. Bu namizədin təcrübəsindən asılı olaraq dəyişə bilir.
- Müraciət yalnız Azərbaycan dilində yazılmalı, "Subject" hissəsində müraciət edilən vakansiyanın adı (misal. MÜHASİB) mütləq qeyd edilməli və info@innovagroup.az elektron ünvanına göndərilməlidir.
Fotoşəkilsiz müraciətlərə baxılmayacaqdır.

Tələblər

Tələblər:

- Yalnız xanım namizədlər,
- Yaş həddi 25-35,
- Ali təhsil (mühasibatlıq, iqtisadiyyat və ya maliyyə üzrə),
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi (konsaltinq xidmətləri sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük verilir),
- Azərbaycan və rus dillərində sərbəst danışıq,
- Proqram bilikləri: MS Word, MS Excel, 1C muhasibatlıq uçotu proqramı,
- BTP, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadəni bilməli,
- Vergi və əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı,
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
- Mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı,
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı,
- Köhnə balans hesabatları sistemini bilməli,
- Aylıq hesabatlara ciddi riayət etməli,
- Məsuliiyətli, ünsiyyətcil və aktiv olmalı,
- Kollektivlə işləmək bacarığı və nizam-intizam qaydalarına hörmətlə yanaşmalı.

Ümumi məlumat
Əlavə edilib: 29-06-2020
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: info@innovagroup.az
CV göndərmək

Vakansiya axtarışı