Koordinator
Baku Electronics LTD Şəmkir Retail
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;

· Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;

· İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)

· Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;

· Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;

· Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;

· Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;

· VİP müştərilərə şəxsən xidmət göstərmək;

Müvafiq tələblərə uyğun olduğunuz təqdirdə CV-izi mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını – Şəmkir - Koordinator qeyd etməklə [email protected] – elektron ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

· İdarəçilik üzrə müvafiq sahədə 3 ilədək iş təcrübəsi;

· Azərbaycan dilində səlis nitqə sahib olması vacibdir (rus, ingilis dili biliyi arzu olunandır);

· Ofis proqramlarından istifadə qabiliyyəti;

· Komanda şəklində işləmək bacarığı;

· Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;

· Yaş həddi - 25-50;

· Əmək haqqı – 800-1000AZN

Ümumi məlumat
Əlavə edilib: 16-12-2021
Əmək haqqı: 800 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı