Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis
"Azprotein Foods Group" MMC Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılmasıProsesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsiHazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsiCəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkiliİş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanmasıBeynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.

Əmək haqqı: 1500 AZN (başlanğıc üçün).

İş qrafiki: 6 günlük .

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

· - İş stajı: ən azı 3-5 il

· - Ali təhsil: Qida mühəndisliyi, Biologiya, Zoologiya, Baytarlıq, Kimya və ya bunlara uyğun ixtisaslar

· - Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalı və sertifikatı olması arzuolunandır.

· - Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması arzuolunandır.

· Müəssisə Buzovna qəsəbəsində yerləşir. Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.

Ümumi məlumat
Əlavə edilib: 20-04-2022
Əmək haqqı: 1500 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı