Kart Biznesi Departamentinin Mütəxəssisi / Baş mütəxəssisi
Rabitəbank ASC Baku Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Müştərilərin ərizələri əsasında etiraz (Chargeback) əməliyyatları üzrə araşdırmalar aparmaq və aidiyyatı üzrə cavablandırmaq;

· Mastercard və Visa beynəlxalq ödəniş sistemlərinin online fraud sistemləri üzrə risk bildirişlərinə nəzarət və müştəriyə müvafiq bildiriş məktublarının göndərilməsi;

· Beynəlxalq ödəniş sistemləri Mastercard / Visa üzrə Fraud proqramlarını monitorinq etmək;

· Azericard Online Risk Monitorinq proqramında risk qaydalarını monitorinq etmək və risk qaydaları üzrə hesabatlar hazırlamaq;

· Pos-terminallar üçün Manual-Key Entry xidmətinin açılması və riskli əməliyyatlar üzrə gündəlik monitorinqin aparılması;

· Dünyada baş verən kart və elektron dələduzluq, kibercinayət hallarını izləmək, bu sahədə təcrübən toplamaq və tətbiq etmək;

· Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında daimi hesabat təqdim etmək;

· Beynəlxalq Ödəniş Sistemlərinin tələb olunan risk və əməliyyat qaydalarına riayət etmək.

Tələblər

· Ali təhsil;

· Sahə üzrə 2 illik iş təcrübəsi arzuolunandır;

· Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;

· Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;

· Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis dili biliyi.

Ümumi məlumat
Əlavə edilib: 23-09-2019
Əmək haqqı: 500 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı