Kadrlar üzrə mütəxəssis
I-Qafqaz Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, əmək müqavilələrinin bağlanması, işçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və qeydiyyatının aparılması;

• İşçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;

• İşçilərin məlumatlar bazasının doldurulması;

• Əmrlərin yazılması (məzuniyyət, işə qəbul, işdən çıxma haqqında və s.);

• İşçilərin davamiyyəti cədvəllərinə nəzarət edilməsi;

• Aylıq uçot tabellərinin hazırlanması;

• İş yerindən arayışlar, digər təyinatlı arayışların hazırlanması;

• Sənədlərin qeydiyyata alınması və arxivləşdirilməsi;

• Əmək kitabçalarının açılması, qeydiyyatı, əmrlər əsasında doldurulması və işdən çıxan işçilərə təhvil verilməsi;

• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;

• Aylıq və illik hesabatların hazırlanması;

• Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət;

• Dəftərxana ləvazimatlarının və avadanlıqlarının vaxtlı vaxtında sifarişinə nəzarət etmək;

• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

• İşəgötürən: İ-Qafqaz firması

• Vəzifə: Kadrlar üzrə mütəxəssis

• Əmək haqqı: 400 AZN

• İş qrafiki: Həftədə 6 gündür. Bazar ertəsi – Cümə: 10.00 – 18.00, Şənbə : 10.00 – 15.00

• İş yerinin ünvanı: Memar Əcəmi metrostansiyasının yaxınlığı

• Vakansiya ilə maraqlanan şəxslər cv-lərini is_mail-01@mail.ru unvanına göndərə bilərlər.

Tələblər

• Təhsil: Ali (bakalavr), orta ixtisas.

• İş təcrübəsi: 1 - 3 il

• Yaş həddi 20-35

• Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi

• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili və rus dili üstünlükdür

• Əmək qanunvericiliyini yaxşı səviyyədə bilməlidir

• MS Office proqramları ilə işləmək bacarığı

• Fərdi və kollektivdə işləmə qabiliyyət

i • Cinsiyyət: qadın

• Məsuliyyətli, işgüzar, ciddi və aktiv olmalı

Ümumi məlumat
Əlavə edilib: 06-08-2019
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: is_mail-01@mail.ru
CV göndərmək

Vakansiya axtarışı