Əczaçı
"AzeriMed" MMC Baku Health/Medicine
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“AzəriMed” MMC şirkəti, Bakı şəhəri və bölgələrdə yerləşən aptekləri üçün “Əczaçı” əməkdaşlar axtarır.

İş barədə məlumat:

- Müştərilərə məhsulun seçimində kömək göstərilməsi;

- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;

- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;

- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;

- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi;

- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi.

İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi) İstirahət günü: 1 gün Əmək haqqı: 300-350 AZN + bonus. İş təcrübəsi və peşəkarlıq keyfiyyətlərinə əsasən individual yanaşma mümkündür.

Tələblər

Təhsil : Ali

İş təcrübəsi : 1 ildən aşağı

Yaş : 20 - 50

Tələblər:

- Tibb təhsili(ali və ya orta təhsil);

- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür(Tələbələrə təcrübə imkanları yaradılır);

- Yüksək səviyyədə kommunikasiya bacarığı.

Müraciət etmək üçün CV-lərinizi “Əczaçı” başlığı altında [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Ümumi məlumat
Əlavə edilib: 02-05-2020
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı