İşə qəbul üzrə mütəxəssis (recruiter)
Mətanət A Baku Human Resources
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti İşə qəbul mütəxəssisi (recruiter) vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

§ Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;

§ Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;

§ Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;

§ İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;

§ Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;

§ Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;

§ Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;

§ Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.

§ İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;

§ İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;

§ Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Əmək haqqı:

§ Razılaşma yolu ilə.

İş şəraiti:

§ İş saatı: 09-00-dan 18-00-dək;

§ İstirahət: Şənbə və bazar günü.

Qeyd:  CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

Tələblər

Tələblər:

§ İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)

§ Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;

§ AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;

§ Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;

§ Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;

§ Kompüter bacarıqları: MS Office proqramları;

§ Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Ümumi məlumat
Əlavə edilib: 02-05-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı