Özəl Marka Meneceri
Avrora MMC Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

· Özəl marka məhsullarının dizayn və istehsalına nəzarət edir;

· Özəl marka məhsullarının dəyərini və performansını artırmaq üçün marketinq planlamaları aparır və onları təkmilləşdirir;

· Özəl marka məhsullarının satış və gəlirlilik hədəflərinin hazırlanmasında iştirak edir;

· Bazar trendlərini yaxından izləyərək özəl marka məhsullarının rəqib məhsullarla müqayisədə mövqeyini təyin edir və imicini inkişaf etdirir;

· Özəl marka layihələrinin şirkətin ümümi brend strategiyaları ilə uyğunluğunu yoxlayır, bu barədə təkliflər verir;

· Ticarət nöqtələrinə ziyarət edərək özəl markaya olan ehtiyacları müəyyənləşdirir, məhsulların müştəri profillərini araşdırır və onlar üçün təkliflər hazırlayır;

· Şirkətin mövcud məhsul qrupları haqqında bazar araşdırmaları aparır, arzuolunan məhsul qruplarında özəl marka yaradılmasında iştirak edir və bu yöndə bölmə rəhbərlərinə dəstək göstərir;

Müxtəlif resurs və vasitələrlə korporativ müştəriləri araşdırır, onlarla əməkdaşlıq üçün danışıqlar aparır, müqavilələrin hazırlanmasında iştirak edir və müqavilələrin ikitərəfli imzalanmasını təşkil edir.

Tələblər

· Kompyuter bacarıqları: Yaxşı səviyyədə Excel və PowerPoint bacarıqları;

· Səriştələri: Müştəriyönümlülük, şirkəti təmsil etmək, işgüzar danışıq və yazışma bacarıqları;

· Təhsil: Ali təhsil;

· İş təcrübəsi: 3 – 5 il;

· Əlavə dil bilikləri: Rus dili – yaxşı, İngilis dili - əla

· İş qrafiki : Tam iş günü (5 gün);

· İş saatları: 09:00-18:00;

· İş yeri : Bakı şəhəri;

· Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

· Karyera və peşəkar inkişaf üçün əla imkanlar;

· Təlim və inkişaf proqramlarının geniş çeşidi;

· Mükəmməl peşəkar komanda və mehriban mühit;

· Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Özəl Marka Meneceri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 28-01-2021
Əmək haqqı: 800 - 1500 azn
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı