Xammal və qabların keyfiyyətinə nəzarət üzrə mütəxəssis
Mətanət A Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti Xammal və qabların Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis vakansiyasını elan edir.

İşin təsviri:

- "Mətanət A” şirkətinə gələn xammal və qablardan nümunənin götürülməsi;

- Xammal, qab və etiketlərin keyfiyyətinin düzgün yoxlanılması;

- Xammal, qab və etiketlərin keyfiyyətində uyğunsuzluq hallarının araşdırılması;

- Xammal, qab və etiketlərin nümunələrinin göstəricilərinin qeyd edilməsi və saxlanması;

- Uyğunsuzluq barədə müvafiq orqana məlumatın verilməsi;

- Nəticələrin yaxşılaşdırılması və nəzarətdə saxlanılması.

Əmək haqqı:

- Razılaşma yolu ilə.

Tələblər

Tələblər:

- Təhsil: Ali (bakalavr)

- İş təcrübəsi: Ən azı bu sahədə 2 il il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş mütəxəssisə üstünlük verilir.)

- Yaş həddi: 24-35;

- Cinsi: Kişi/qadın

- Kompüter biliyi: Word, Excell, Internet Explorer;

- Dillər: Azərbaycan dili,Rus dili

- Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.

- İş yeri: Bakı-Sumqayıt şosesi Masazır dairəsinin yaxınlığında yerləşir.

Şəxsi keyfiyyətləri:

- Fikrini izah etmək qabiliyyəti;

- İşə planlı yanaşması;

- Ünsiyyət yaratmaq bacarığı;

- Fəal olması

Əlavə tələblər:

- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur.

- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ümumi məlumat
Əlavə edilib: 09-06-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı