Təcrübə proqramı
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

"Virtual Təcrübə Proqramı (VTP'22 Yaz) "-a müraciət başlanmışdır.
"Özgün Yapı Sanayi ve Ticaret A.Ş."-nin Azərbaycan Respublikasındakı Filialı 2022-ci il üçün böyük marağa səbəb olan "VTP'20", "VTP'21 Yaz", "VTP'21 Yay", "VTP'21 Payız" təcrübə proqramlarından sonra tamamilə yenilənmiş və daha əhatəli "VTP'22 Yaz" adlı virtual təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsəti dəyərləndirməyin tam zamanıdır.

Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● Mühasibatlıq
● İnsan Resursları
● Logistika/Satınalma
● İnformasiya Texnologiyaları (Web)
● İnformasiya Texnologiyaları (Rəqəmsal Marketinq)

Proqramın müddəti: 8 – 12 həftə.

Namizədlər CV dəyərləndirilməsi, test mərhələsi və onlayn müsahibə əsasında seçiləcək.

* Proqramın son ayında aktiv iştirakçılarla birlikdə Mini MBA formatlı görüşlər keçiriləcəkdir.

Müraciət üçün son tarix: 31.01.2022

Ətraflı məlumat və qeydiyyat üçün: https://ozgun.recruit.az

Tələblər

- Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı;
- Daim öyrənmək həvəsi;
- İş təcrübəsi olmayan namizədlər müraciət etsin.

Ümumi məlumat
Əlavə edilib: 24-01-2022
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı