Səyyar təchizatçı
Mətanət A Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İşin təsviri:

- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;

- Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;

- Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı:

- Razılaşma yolu ilə;

Tələblər

Tələblər:

- Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);

- Ali təhsil;

- Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;

- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

- Kompüter biliyi;

- Yaş həddi: 25-40;

- 3 il iş təcrübəsi;

- Xarici və daxili ezamiyyətlərə getmə imkanı;

- Şəxsi avtomobilin olması.

Əlavə tələblər:

- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ümumi məlumat
Əlavə edilib: 10-06-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı