SMM Mütəxəssisi şirkətin məhsul və xidmətlərini müxtəlif sosial şəbəkələrdə tanıdır, keyfiyyətli mətnlər hazırlayaraq mövcud və potensial müştərilərlə ünsiyyəti genişləndirir.
Sizin əsas vəzifə öhdəlikləriniz :
Daimi olaraq şirkətin marketinq fəaliyyətinə aid sosial şəbəkələrdə yazılan status və şərhləri izləyir və əlaqədar məhsul/brend menecerlərinə yönləndirir;Sosial şəbəkələrdə şirkərtin brendləri ilə bağlı paylaşılan rəyləin cavablandırılması üçün brend menecerlər, əlaqədar bölmə rəhbərləri ilə birlikdə müvafiq mətnlərin və kontentin hazırlanmasını həyata keçirir;
· Şirkətin brend və məhsullarına məxsus sosial media səhifələrinin effektiv idarə olunmasında və hədəf izləyici sayına çatmasında iştirak edir;
· Dərc olunan şəkillərin təbii yollarla bəyənilməsi istiqamətində işlər görür;
· Şirkətin məsul olduğu brendləri və məhsulları yüksək trafikli saytlarda və ümumən internet mühitində müvafiq bölmə rəhbərləri ilə razılaşdıraraq yayımlayır;
· Rəhbərlik tərəfindən verilən və səlahiyyətləri çərçivəsində olan digər tapşırıqların icra edir.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
· Kompyuter bacarıqları: SMM sahəsində istifadə olunan instrumentlər;
· Səriştələri: Sosial şəbəkələrdən istifadə qaydaları, qrammatik cəhətdən düzgün yazı;
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
· Təhsil: Ali təhsil;
· İş təcrübəsi: 1 – 2 il;
· Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili – yaxşı, İngilis dili - yaxşı.
Biz nə təklif edirik :
· Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
· Təlim və inkişaf proqramlarının geniş çeşidi;
· Mükəmməl peşəkar komanda və mehriban mühit;
· Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SMM Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.