SME üzrə Baş mütəxəssis
RabitəBank Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

"Rabitabank" ASC Sumqayıt, Şamaxı, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz və Qusar filialları üzrə SME Baş mütəxəssis vakansiyasını elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

· Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;

· Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;

· Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;

· Təhkim olunmuş portfel üzrə borc alanların planlı və ya plandan kənar monitorinqlərini həyata keçirmək;

· Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

· Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.

Tələblər

Vəzifəyə olan tələblər:

· Ali iqtisadi təhsil;

· SME kreditləşməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;

· Analitik düşünmə qabiliyyəti;

· Yüksək ünsiyyətqurma qabiliyyəti;

· Komanda tərkibində işləmə bacarığı;

· Problemləri həlletmə qabiliyyəti;

· Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;

· Əla səviyyədə Azərbaycan dili biliyi;

· MS Office proqramlarından istifadə bacarığı.

Ümumi məlumat
Əlavə edilib: 30-04-2021
Əmək haqqı: 800 - 1000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı