Servis meneceri
VMF Company Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Azərbaycanda tanınmış saat markaları Tissot , Rado , və digər brendlərin rəsmi distribütoru olan “ VMF ” Şirkətin servisinə, servis xidmətlərinin yüksək səviyyədə təşkili üçün “Servis Meneceri” vakansiyası elan edir.

- Servisin xidmətləri barədə müştərilərə ətraflı məlumatın verilməsi ( Müştərilərə şirkət haqqında məlumat vermək: məhsullar , xidmətlər, kampaniyalar, qiymətlər və s. ).

- Müştərilərin müvafiq ustaya yönləndirilməsi.

- Servisə təmirə daxil olan saatların qəbulu , təmiri və təhvili proseslərində iştrak etmək və nəzarət etmək.

- Servisdə müştərilərin məmnunluğunu təmin etmək.

- Servisdə usta heyyətinə nəzarət etmək .

- Sosial şəbəkələrdə və messencerlərdə sorğuların qəbulu (Viber, Telegram, WhatsApp, Facebook, Instagram və s).

- Gündəlik rəhbərliyə görülən işlər haqda hesabatları email vasitəsi ilə təqdim etmək.

- İş qrafiki : 6 günlük.

- İş saataları 09:00-18:00 qədər .

- Maaş : 700 azn.

- Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir , 20 Yanvar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi [email protected]  ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

Tələblər

- Cins : Xanım.
- Təhsil: Ali.
- Yaş həddi : 25-45 yaş.
- Aydın nitq, ünsiyyətçil , xoş görünüş və təqdimat qabiliyyəti.
- Xarici Dil bilikləri : Rus dili və İngilis dili .
- Yüksək işgüzarlıq qabiliyyəti və komandada işləmə bacarığı.
- Güclü ünsiyyət bacarıqları.
- Problemlərin həll edilməsi bacarığı.
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

Ümumi məlumat
Əlavə edilib: 12-01-2023
Əmək haqqı: 700 - 700 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı