Satış üzrə menecer
Honours Academy Bakı Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifələr:

• Satış meneceri şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.
• Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
• Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
• Müştərilər haqqında məlumat toplayır və onlarla əlaqə qurub əməkdaşlıq edir.
• Satış bazarında reklama ehtiyacını təhlil edir, dəyərləndirir və satışını həyata keçirir.
• Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.
• Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
• Müştəriyə daha çox məhsul almağa sövq edir.
• Bazar, müştərilər, rəqiblər, onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəqiq və düzgün şəkildə Satış Direktoruna təqdim edir.
• Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına nail olur.
• Müştərini tam razı salan davranış nümayiş etdirir, onu lazımi informasiyalarla təmin edir və müştəri problemlərini dərhal Müştəri Xidmətləri şöbəsinə istiqamətləndirir.
• Satış toplantılarında fəal iştirak edir, satışın daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Tələblər
  •  Ali təhsil
  • “B to B” satışında (ideal olaraq reklam sahəsində) ən azı 1 il iş təcrübəsi
  • “Soyuq satış” metodu ilə satışın həayata keçirilməsində təcrübə
  • Müştəri bazası olan namizədlərə üstünlük verilir
  • Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti
  • İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları
  • Təqdimetmə bacarıqları
  • Dünya görüşü və biliyə həvəs
  • Komandada işləmək bacarığı
  • Çeviklik və tez öyrənmə bacarığı
  • Stressə dözümlülük və gərgn qrafiklə işləmək bacarığı
  • Kompüter bilikləri (MS Office)
Ümumi məlumat
Əlavə edilib: 15-01-2020
Əmək haqqı: 400 - 2000 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı