Satış təmsilçisi
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Bu 1947-ci ildən Azərbaycan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən Satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və Satış təmsilçisi olaraq Siz Badamlı şirkətinin mövcud və potensial müştərilərinə məhsullarımızın bütün çeşidlərinin satışının həyata keçirilməsi işini təşkil edəcəksiniz.

Görəcəyiniz işlər:

• Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək

• Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək

• Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək

• Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək

• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi

• Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi

• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi

• Davamlı karyera inkişafı

• Korporativ telefon

• Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi

[email protected]

elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Satış təmsilçisi")

www.badamli.az

Ünvan: Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)

Tələblər

Bizim üçün ideal namizəd:

• Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir

• Satış sahəsində ən az 2 il iş təcrübəsi olan

• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir

• Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq

• Satış terminalları ilə işləmək

• Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)

• Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq

• Kompüter və MS Office proqram bilikləri

Ümumi məlumat
Əlavə edilib: 18-05-2022
Əmək haqqı: 900 - 1300 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı