Satış meneceri
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə öhdəlikləri:

Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və yeni satış fürsətlərinin araşdırılması
Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
Şirkətin satış planının hazırlanması və rəhbərliklə razılaşdırılması
Görülmüş işlər barədə həftəlik və aylıq hesabatların rəhbərliyə verilməsi
Şirkətin satış planının hazırlanması və rəhbərliklə razılaşdırılması
Tender zamanı sənədlərin yığılması və işlənməsi
Həftəlik müştərilərə zənglərin edilməsini və görüşlərin keçirilməsini planlaşdırmaq
Yeni müştərilərlə müqavilələrin bağlanması, mövcud müştərilərlə müqavilələri yeniləmək
Verilmiş sifarişlərə əsasən satışdan sonrakı hesabatları aparmaq, həyata keçməyən və imtina edilən layihələrin analizini aparmaq
Yaranmış debitor borcların toplanması üçün mümkün tədbirləri həyata keçirtmək

İş qrafiki:
6 günlük iş qrafiki
Həftə içi 5 gün 09:00-dan 18:00 qədərdir, Şənbə qısaldılmış iş günüdür. Bazar günü istirahət.
AR Əmək Məcəlləsinə uyğun müvafiq sənədləşmə
Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Tələblər

Tələblər:
Ali təhsil (Gəncə Dövlət Aqrar Universitetinin məzunlarına üstünlük verilir)
İş təcrübəsi: Xüsusi texnikaların satışı sahəsində ən azı 3 illik iş təcrübəsinin olması (Kənd təsərrüfatı sahəsində və kənd təsərrüfatı texnikalarının satışında iş təcrübəsi olanlara üstünlük verilir)
Yaş həddi – 25-45 yaş
Kişi namizədlərə üstünlük verilir.
Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli
Ms. Office, “1C” proqramlarını yüksək səviyyədə bilməli
İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin olması
Müştəriyönümlü satış etmək bacarığının olması
Liderlik keyfiyyətlərinə malik olmalı
Korporativ idarəetmənin prinsiplərini bilməli

Ümumi məlumat
Əlavə edilib: 02-02-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı