Satınalma üzrə mütəxəssis
Mətanət A Baku Production/Manufacturing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Mətanət A” şirkəti Satınalma mütəxəssisi vakansiyanı elan edir

İşin təsviri:

- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;

- Avadanlıq, mal-material, ehtiyat hissələri, kompyuter və elektrik avadanlıqları və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;

- Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili

- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

- Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı

- Razılaşma yolu ilə

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;

- İstirahət: Şənbə və bazar günü.

Tələblər

Tələblər:

- Yaş həddi: 23-45

- Təhsili: Ali təhsilli

- İş təcrübəsi: Minimum 2 il

Dil bilikləri: Rus və İngilis dilini bilənlərə üstünlük verilir

 Kompüter biliyi: Word, Excell, Internet Explorer

Əlavə Tələblər:

- Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);

- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;

- Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

- Satınalma sənədlərini hazırlama qabiliyyəti;

- Satınalma müqavilələri ilə işləmə bacarığı;

- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Qeyd

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.

Ümumi məlumat
Əlavə edilib: 09-06-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı