Proqram Təminatı üzrə mütəxəssis
Avrora MMC Baku Computer/IT
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifə öhdəlikləri:

· Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;

· Proqram təminatlarının işləməsinə nəzarət edilməsi (bağlantının fasiləsizliyinin);

· Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;

· Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;

· Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;

· Hesabatların hazırlanması və təhlil edilməsi;

· Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;

· Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;

· Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi.

 

İş şərtlərimiz:

· İş qrafiki : Tam iş günü (5 gün);

· İş saatları: 09:00-18:00;

· İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C

 

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• İşçilərə qayğı proqramı;

• Peşəkar komanda mühiti;

• Nahar;

• Şirkət hesabına korporativ nömrə;

• Təlim və inkişaf imkanları;

• Həyat yaşam sığortası (könüllü).

 

 

 

Tələblər

Tələb olunan bilik və bacarıqlar :

· C#, Java və OOP üzrə biliklər;

· Javascript və ReactJS üzrə biliklər;

· Database MS SQL (T-SQL) üzrə biliklər;

· Alqoritm bilikləri;

· Araşdırma və problem həll etmə bacarğı.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

· Təhsil: Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil;

· Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertifikatların olması arzu olunandır;

· İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);

· Dil bilikləri : Rus və İngilis dilləri üzrə biliklər üstünlükdür;

· Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 17-06-2022
Əmək haqqı: 1300 - 1600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı