Pos.az şirkəti satış meneceri (promouter) vakansiyası elan edir. İş yay mövsümündə dəniz kənarı məkanda olacaq. Müddət 3 aylıqdır. Lakin yay mövsümündən sonra ofis daxilində satış meneceri kimi də fəaliyyət göstərə bilərsiniz.
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti ( ingilis və s. Dil biliklərinə də üstünlük verilir);
- Satış strategiyalarını bilən, 1 ildən çox təcrübəyə malik;
- Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
- Xoş görünüşlü və ünsiyyətcil;
- Aylıq tərtib olunmuş plana uyğun satış hədəflərini icra etmək;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Məhsulu müştərilərə tanıtmaq;
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
- Həm xanım, həm də bəy namizədlər müraciət edə bilər;
Şəxsi keyfiyyətləri:
- Satış bacarığı;
- Müştərini qazanmaq qabiliyyəti;
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlılıq.
Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!