Nəzarətçi
Caspian Trading Centre Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Şirkət: “Caspian Traiding Centre”

Vakansiya: Mağaza Nəzarətçisi

İş Yeri: Dadaş Bünyadzadə küçəsi,

Yasamal mall-ın yanı

İş rejimi: 6 günlük/iki növbəli / 12 saat

Əmək haqqı: 400

İş Təsviri:

Nəzarətçi ona həvalə edilmiş vəzifəyə uyğun olaraq müxtəlif metodlar vasitəsi ilə mağazanın daşınan və daşınmaz malını, əmlakını mühafizə edir;

Mağazanın buraxılış və obyektdaxili rejimlərinə nəzarət etmək;

Mağaza Nəzarət fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;

Nəzarət olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək;

Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarının müşayiətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğunu yoxlamaq;

Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;

Mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə, obyektdaxili rejimə riayət olunmasını tələb etmək;

Əməkdaşların giriş və çıxış zamanı əşyalarını texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;

Nəzarət olunan obyektə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətini əsaslandırmaq;

Risk amillərini müəyyən etmək və qarşısını almaq;

Tələblər

Səmimi, nəzakətli və səbirli yanaşma;

Dəqiq və gərgin iş qrafikinə əsasən səmərəli işləmək;

Problemləri həll etmək bacarığı;

Etibarlı və məsuliyyətli olmaq;

Yüksək diqqət;

Fiziki və mənəvi dözümlülük;

Məxfilik.

Ümumi məlumat
Əlavə edilib: 29-11-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı