Müştərilərlə iş üzrə mütəxəssis
Umbrella Learning Academy Bakü Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Umbrella Learning Academy Müştərilərlə iş üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

 

Vəzifə öhdəlikləri

· Qəbul sahəsində bütün lazımi dəftərxana ləvazimatlarının və materiallarının (qələmlər, formalar, broşuralar, və s.) olmasını, eyni zamanda sahənin təmizliyini və səliqəliliyini təmin edir;

· Mərkəzə gələn müştəriləri/qonaqları gülərüzlə qarşılayıb mərkəz haqqında dolğun məlumat verir. Ehtiyac yarandığı halda müştəriləri otaqlarla, maddi-texniki baza və s. ilə tanış edir;

· Gələn telefon zənglərini cavablandıraraq mərkəz barədə dolğun məlumat verir və müvafiq şəxslərə yönləndirir;

· Mərkəz, mərkəz məhsulları, dərs cədvəlləri ilə bağlı bütün məlumatlarının toplandığı Vahid Məlumat Bazası yaradaraq daimi yenilənməsini təmin edir;

· Mərkəzə daxil olan zəngləri, habelə müştəri məlumatlarının toplandığı Vahid Müştəri Bazası yaradır və onun mütəmadi olaraq yenilənməsini təmin edir;

· Müraciət üzrə ziyarətçiləri müvafiq şəxsə və ya şöbəyə yönləndirir;

· Əsas və vacib məlumatları müştərilərə şəxsən telefon və ya e-poçt vasitəsilə çatdırır;

· Gündəlik poçt / baağlamaları qəbul edir, müvafiq şəxs və şöbələrə çatdırır;

· Qeydiyyat prosesini və müəllim cədvəlləri ilə işi səmərəli və keyfiyyətli təşkil edir, gündəlik müraciətləri və onların icrasını yoxlayır;

· Müştəri qəbul olunduqdan sonra onun müqavilə və digər müvafiq sənədlərini hazırlayır;

· Ön ofis ləvazimatları sifarişini və stok inventarını Mərkəz Meneceri ilə razılaşdırır;

Əlavə məlumatlar:

· İş yeri: Umbrella Learning Academy MMC

· Elan tarixi: 08.02.2021

· Son müraciət tarixi: 28.02.2021

· Maraqlananlar [email protected] elektron poçt ünvanına öz CV-sini mövzu qismində Menecer vakansiyası qeyd edərək müraciət edə bilərlər.

· Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

Minimum vakansiya tələbləri:

· Ali təhsil

· Müvafiq sahə üzrə sübut olunmuş iş təcrübəsi (minimum 2 il)

Tələb olunan bilik və bacarıqlar:

· Microsoft Office Suite proqramından istifadə bacarığı

· Ofis avadanlığı ilə təcrübə (məsələn, printerlər, ofis telefonları və s.)

· Peşəkar ünsiyyət və xarici görünüş

· Azərbaycan və ingilis dilində səlis danışmaq və yazmaq bacarığı. Rus dili arzu olunandır.

· Yüksək təşkilatçılıq bacarığı

· Tapşırıqların vaciblik dərəcəsinə görə həllini təqdim etmə bacarığı

· Dəqiqlik, düzgünlük və məsuliyyətlilik

Ümumi məlumat
Əlavə edilib: 08-02-2021
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı