Mobil bankçılıq üzrə Məhsul meneceri
RabitəBank Baku Banking/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Rabitəbankın Mobil Bankçılıq məhsulu üzrə təkmilləşdirilmələrinin aparılması üçün daxili və kənar dizaynerlərlə, programçılarla, digər strukturlar ilə sıx işləmək və mobil bankçılıq məhsulunun inkişaf etdirilməsinə tam cavabdehlik daşımaq;

- Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;

- Məhsullara uyğun testləri həyata keçirmək, nəticələrin təhlili və monitorinqini aparmaq;

- Məhsul satışının həyata keçirilməsi üçün uyğun strukturlarla mütəmadi əməkdaşlıq və birgə fəaliyyət göstərmək;

- Rəqəmsal məhsulun kontent və mövqeləndirmə işinin marketinq departamentinin uyğun şöbə və şəxsləri ilə koordinasiya etmək;

- Sahəyə uyğun olaraq iş planı, strateji baxış tapşırıqları, KPİ-ların icra edilməsini təmin etmək və bunun üçün uyğun strukturlarla əməkdaşlıq etmək;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Tələblər

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsil;

- Rəqəmsal Marketinq və ya məhsul inkişafı sahəsində ən az 3 – illik iş təcrübəsi;

- MS Office proqramında yüksək səviyyədə işləmək bacarığı;

- Dil bilikləri: Azərbaycan, Rus və İngilis;

- Komandada və fərdi işləmək qabiliyyət;

- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq.

Ümumi məlumat
Əlavə edilib: 19-04-2021
Əmək haqqı: 2000 - 2500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı