Maliyyə analitiki
Avrora MMC Baku Marketing
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifə öhdəlikləri:

· Maliyyə hesabatlarının hazırlanması;

· Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;

· Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;

· Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;

· Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;

· Malların marjinallığının hesablanması və təhlil edilməsi;

· Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.

 

İş şərtlərimiz:

· Həftədə 5 iş günü;

· İş saatları: 09:00-18:00;

· İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.

 

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• İşçilərə qayğı proqramı;

• Peşəkar komanda mühiti;

• Nahar;

• Şirkət hesabına korporativ nömrə;

• Təlim və inkişaf imkanları;

• Həyat yaşam sığortası (könüllü).

Tələblər

Tələb olunan bilik və bacarıqlar :

· Yüksək qavrama və öyrənmə qabiliyyəti;

· Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;

· Problem həll etmə bacarığı;

· Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

· Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;

· Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);

· İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;

· Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;

· Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ümumi məlumat
Əlavə edilib: 17-06-2022
Əmək haqqı: 1000 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı